EN

AFFA Quluzadəyə 3, Silvaya 4 oyunluq cəza verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və İkinci Liqa ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, bu liqaların son turlarında keçirilmiş oyunlardakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:

Birinci Liqa, 17-ci tur

“Difai” – “Baku Sportinq” oyununda “Baku Sportinq”in futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 50 manat cərimələnib.

MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Lökbatan komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa vərəqə aldıqdan sonra hakimlər otağına daxil olduğuna görə 3 oyun cəzalandırılıb. “Qaradağ Lökbatan” klubu buna görə 300 manat cərimə ödəyəcək.

“Cəbrayıl” – “Qəbələ” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Cəbrayıl” 80 manat cərimə edilib. Oyun xərəkdaşıyan və topdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə “Cəbrayıl” 80 manat cərimə edilib.

“Karvan” – “Zaqatala” oyununda “Karvan”ın futbolçusu Kənan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb. “Karvan” buna görə 50 manat cərimə edilib. Meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib. Oyunda xərəkdaşıyanlar vaxtında təmin edilmədiyinə, onların yaş həddi pozulduğuna görə “Karvan” komandası 80 manat cərimə edilib.

“İmişli” – “Mingəçevir” oyununda “İmişli”də 6 nəfər sarı vərəqə aldığına görə “İmişli” 70 manat cərimə edilib. “İmişli”nin futbolçusu Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “İmişli” 50 manat cərimə edilib. “İmişli”nin digər futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, klubu 300 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

İkinci Liqa, 15-ci tur

“Kür-Araz” – “Şəfa” görüşündə “Kür-Araz”ın futbolçusu Mirabbas Mirbabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, komandası 50 manat cərimələnib. Oyun Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.

“Dinamo” – “Qusar” oyununda “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimələnib. “Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Lerik” – “Hypers Quba” oyununun 80-ci dəqiqəsində “Lerik”in futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Lerik” 100 manat cərimə edilib. Bu görüşdə oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilib.

“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilib.

“Füzuli” – “Şəki Siti” görüşündə “Füzuli”nin futbolçusu Elçin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Füzuli” komandası 50 manat cərimə edilib. Oyunöncəsi iclasda “Şəki Siti”nin nümayəndəsi iştirak etmədiyinə görə Şəki komandası 80 manat cərimə edilib.

Qeyd: AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Chosen
23
arena.az

1Sources