EN

Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra Milli Məclisin sədri Qəhrəmanlar Meydanında Memorial kompleksi ziyarət edib. O, burada Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Daha sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Chosen
35
10
modern.az

10Sources