EN

Mourinyo "Fənərbaxça"nın oyunçularının yarısını göndərəcək

"Fənərbağça" növbəti mövsüm üçün heyətini formalaşdırmaq işlərinə başlayıb. Baş məşqçi Joze Mourinyonun heyətdə yer olmadığını düşündüyü 9 futbolçu yay transfer dövründə komandadan ayrılacaq.

Ölkə.az Lent.az-a istinadla xəbər verir ki, Superliqada "Qalatasaray"la gərgin çempionluq yarışında olan "Fənərbaxça" gələn mövsüm əsaslı təmizləmədən keçəcək.

Komandanın rəhbərliyi mövsümü uğurlu başa vurub-vurmamasından asılı olmayaraq, 2025-26-cı illərdə baş məşqçi Joze Mourinyo ilə davam edəcək. Heyətdə portuqaliyalı çalışdırıcının tələblərinə uyğun olaraq daha böyük dəyişiklik edəcəyi iddia edilib.

Bu oyunçular arasında Osayi-Samuel, Duşan Tadiç, Serdar Əziz və Edin Dzeko kimi müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçular var. Bundan başqa, icarədə olan Allan Saint-Maksimin də bonservisi alınmayacaq. Rodriqo Bekao, Aleksander Djiku və İsmail Yüksek də satılacaq futbolçular arasındadır.

Chosen
12
olke.az

1Sources