ABŞ Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək görüşün Ukrayna münaqişəsinin həllində irəliləyişə səbəb olacağına ümid edir.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Amerikanın Fox News telekanalında deyib.
Uitkoffun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında fevralın sonunda keçirilən görüşdən sonra ABŞ və Ukrayna arasında çoxlu müzakirələr olub.
“Əlbəttə ki, ukraynalılar üçün təhlükəsizlik protokollarını müzakirə etmək vacibdir, onlar buna əhəmiyyət verirlər. Ərazi məsələsi. <…> Ancaq bunlar çətin suallar deyil. Sadəcə, onları danışıqlar masasına gətirmək lazımdır və hər kəs öz gözləntiləri ilə bağlı şəffaf olmalıdır. Bundan sonra biz kompromisə necə nail olmaq barədə müzakirəyə başlaya bilərik”, – deyə xüsusi nümayəndə bildirib.…>