
Bir neçə ölkədə “X” (keçmiş “twitter”) sosial şəbəkəsinin işində nasazlıq yaşanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytında məlumat verilib.
Bildirilib ki, problemlə üzləşənlərin 58%-i proqramda nasazlıqlar, 31%-i sayta daxil olarkən çətinliklə üzləşib, 11%-i serverə qoşulmadığını qeyd edib.
Problem Bakı vaxtı ilə təxminən 17:30-da başlayıb. Təxminən 10 dəqiqə sonra saat 18:00-da sosial şəbəkə yenidən işə başlayıb və problemlər barədə məlumatların sayı kəskin azalıb. Lakin problemlərlə bağlı məlumatların sayı daha sonra yenidən artdı və saat 19:00-da şikayətlərdə yeni pik həddə çatıb.