EN

Respublikaçı senator Lindsey Grem Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” layihəsi hazırlayır

ABŞ-ın respublikaçı senatoru Lindsey Grem bu həftə Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsini təqdim edəcəyini açıqlayıb. Senatorun bəyanatını “Amerikanın səsi” yayıb.

Onun sözlərinə görə, sanksiyalar Rusiyanın bank və enerjisi sektoruna təsir edəcək. Grem əlavə edib ki, qanun layihəsi “onları (Rusiyanı – red.) danışıqlar masası arxasına keçməyə təşviq etmək” məqsədi daşıyır.

“Əgər onlar administrasiya ilə atəşkəs və sülh danışıqlarına razı olmasalar, biz onlara qarşı cəhənnəm sanksiyaları tətbiq etməliyik və mən gələn həftə bununla bağlı qanunvericilik təqdim edəcəyəm” deyə Qrem yazıb.

//Samir Qurbanov, Editor.az

Chosen
33
editor.az

1Sources