Moskvanın Şeremetyevo hava limanı təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib...
Poliqon xəbər verir ki, bu barədə Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər Moskva vaxtı ilə saat 4:40-dan etibarən qüvvədədir.
Bundan bir qədər əvvəl Korenyako bildirmişdi ki, Moskvanın daha iki hava limanı, Jukovski və Domodedovo, Ukrayna pilotsuz təyyarələrinin Moskvaya endirdiyi zərbədən sonra uçuşlara məhdudiyyətlər tətbiq edib.
Poliqon.info