EN

İsveçrə bankı ?Safra Sarasin? Danimarkanın ?Saxo Bank?ını €1.1 milyarda alıb

Dünən, martın 10-da İsveçrənin özəl bankı ?J. Safra Sarasin Group? Danimarkanın ?Saxo Bankı?nın 70% səhmini aldığını elan edib. Sövdələşmə 1.1 milyard avro dəyərində qiymətləndirilir, bankın ümumi dəyəri isə 1.6 milyard avroya çatır. Bildirilir ki, ?Safra Sarasin? Çinin ?Geely? holdinqinə məxsus 49.9%, Finlandiyanın ?Finnish Mandatum? maliyyə qrupunun isə 19.8% payını alıb.

?Saxo Bank? 1992-ci ildə yaradılıb. Bu, müxtəlif maliyyə alətlərinə investisiya qoymaq üçün öz ticarət platformasına malik investisiya bankıdır. Ötən il bankın gəliri 626 milyon avroya (+4%), xalis mənfəəti isə 135 milyon avroya (+287%) çatıb.

Saxo Bank illik “şokedici proqnozları” ilə tanınır. Qeyd edək ki, daha əvvəl bank 2025-ci ildə Donald Trampın siyasəti, eləcə də bütövlükdə qlobal iqtisadiyyatın yenidən balanslaşdırılması nəticəsində dolların əsas valyutalara nisbətdə məzənnəsinin 20% mümkün düşəcəyini proqnozlaşdırıb.

Chosen
39
banker.az

1Sources