EN

Dünya reytinqi: "Qarabağ" gerilədi, "Sabah" irəlilədi

Klubların yeni dünya reytinqi açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Operativ Media xəbər verir ki, cədvələ dünyanın ən güclü 501 komandası salınıb.

Azərbaycanın 3 klubu siyahıya düşüb. “Qarabağ” reytinqdə geriləyib. Aktivində 147,75 xal olan Ağdam təmsilçisi 16 pillə geriləyərək 103-cü yerə düşüb.

“Zirə”də də geriləmə müşahidə olunub. Ötən ay 208-ci olan qəsəbə komandası hazırda 98,25 xalla 219-cu yerdədir.

“Sabah” isə 61 pillə irəliləyib. Bakılılar 68,5 xalla 353-cüdür.

Qeyd edək ki, dünya reytinqinə 507 xalla “Real” başçılıq edir.

Chosen
17
operativmedia.az

1Sources