EN

Makron Moldova üçün təhlükə elan edib

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya getdikcə daha açıq şəkildə Moldovanı və onun demokratik təsisatlarını pozmağa çalışır...

Poliqon Le Monde-yə istinadən xəbər verir ki, martın 10-da o, Moldova prezidenti Maya Sandu ilə ölkələri dezinformasiyaya qarşı mübarizədə və seçki proseslərini qorumaqda qüvvələri birləşdirməyə məcbur edən ikitərəfli saziş imzalayıb.

Makron Moldovanın Rusiya təhlükəsinin ön xəttində olduğunu bildirib:

"Biz Moldovanın xarici müdaxilələrə davamlılığını artırmaq məqsədi ilə əməkdaşlığımızı daha da gücləndirmək qərarına gəldik".

Sandunun vurğuladığı kimi, onun ölkəsi də yaxşı başa düşür ki, Rusiya Federasiyası heç bir vədi yerinə yetirmir, həm də müasir imperializm siyasəti aparır.

Xatırladaq ki, prezident Sandu dəfələrlə Rusiyanın ölkədəki sabitliyi pozmağa yönəlmiş hərəkətlərindən narahatlığını bildirib. O, xüsusən də Moskvanın hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini bildirib.

Bu il Sandu Ukrayna prezidenti Volodimir Zelenskiyə deyib ki, Moskva Rusiyayönlü hökuməti hakimiyyətə gətirmək üçün Moldovada enerji böhranı yaradır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Sandunu "soyqırım"la müqayisə etdiyi siyasət yürütməkdə ittiham edib.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources