EN

Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, Sadiq Məmmədxanov idarə etdiyi "Mercedes-Benz" markalı "Atego" yük modelli avtomobillə Yelena İvanovnanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
 
 

Chosen
30
5
7news.az

7Sources