"Real Madrid"də heyətə düşməkdə çətinlik çəkən Türkiyə millisinin oyunçusu Arda Gülərin İspan nəhəngləri ilə bağları qopmaq həddinə çatıb.
Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Arda ​​"Real Madrid"dən ayrılma ehtimalını nəzərdən keçirib.
MÉ™lumata görÉ™, futbolçunun Almaniyaya transferinin dÉ™ mümkün ola bilÉ™cÉ™yi istisna deyil.        Â
Gənc ulduzla "Bayer Leverkuzen" və "Ayntraxt Frankfurt"un maraqlandığı iddia edilir.
Bayer Leverkuzen ulduz futbolçu Wirtz-in ayrılacağı təqdirdə boşluğu Arda ilə doldurmaq istəyə bilər.
Leverkuzenin icarə variantını nəzərdən keçirməyəcəyi və yalnız transfer haqqı ilə transferlərə açıq olduğu iddia edilib.
Xatırladaq ki, Arda Gülər ​​bu mövsüm "Real Madrid" ilə bütün turnirlərdə 30 matçda forma geyinib. Arda bu matçlarda 3 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib. Hazırda bazar dəyəri 45 milyon avro olaraq göstərilən 20 yaşlı futbolçunun ispan nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi var.