EN

Aİ-nin yeni strategiyasında Cənubi Qafqaz hansı yeri tutacaq?– “Bakının təkliflərini qəbul etmək lazım gələcək”

“Avropada ABŞ-dən “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-nin, həm də Aİ-nin qarşılıqlı maraqları var”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq Fərhad Məmmədov teleqramda yazıb. 

Ekspert vurğulayır ki, Avropa İttifaqının (Aİ) strateji muxtariyyəti məsələsi Aİ-nin öz təşəbbüsü deyil, Prezident Tramp dövründə ABŞ-nin siyasətinə reaksiyadır: “Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ ilə tam koordinasiyada olan Aİ artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında Aİ-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir”.

Politoloq qeyd edir ki, Aİ-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Onun sözlərinə görə, Vaşinqtonun müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır.

“Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə Aİ danışıqlar prosesində olacaq. Aİ-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək”, - o, əlavə edib.

Chosen
26
2
azpolitika.info

4Sources