EN

Stiv Vitkoff: "Zelenskidən gələn siqnallar müsbətdir"

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti dəyərləndirib. 

 

Sfera.az bu barədə xarici mətbuata istinadən xəbər verir. 

 

O verdiyi açıqlamada bildirib ki, bu həftə Ukrayna ilə nadir torpaq elementləri üzrə sazişin imzalanması mümkündür. Vitkoff bu barədə danışarkən deyib: “Sazişin imzalanması məsələsindən ümidliyəm. Zelenskidən, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakdan və avropalı tərəfdaşlardan gələn bütün siqnallar müsbətdir”.

 

Onun sözlərinə görə, bu saziş ABŞ və Ukraynanın maraqlarına uyğundur və məsələ ilə bağlı tərəflərlə çoxsaylı görüşlər keçirilib. Stiv Vitkoff həmçinin, Zelenskinin Trampa məktub göndərərək Oval Ofisdə baş vermiş hadisəyə görə üzr istəməsinin vacib addım olduğunu vurğulayıb. 

 

Fidan Hacızadə 
 

Chosen
15
sfera.az

1Sources