Rusiya qoşunları Kursk vilayətində gün ərzində 12 yaşayış məntəqəsini nəzarət altına alıb.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Hücum əməliyyatları zamanı "Şimal" qoşun qruplaşmalarının bölmələri 12 yaşayış məntəqəsinə - Aqronom, Boqdanovka, Bondarevka, Dmitryukov, Zazulevka, İvaşkovski, Kolmakov, Kubatkin, Martınovka, Mixaylovka, Pravda, Yujnıya nəzarəti bərpa ediblər", - deyə nazirlikdən bildirilib.