EN

Spiker Gürcüstan Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəriçərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin sədrinisəmimiyyətlə salamlayan Gürcüstan Prezidenti bu səfərin ölkələrimizvə parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına töhfəverəcəyinə inamını ifadə edib.

Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıqmünasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsiaparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamikinkişafından razılıq ifadə olunub.

Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığınıbildirən Milli Məclisin sədri Sahibə Qafarova, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin salamlarını GürcüstanRespublikasının Prezidenti Mixail Kavelaşviliyə çatdırıb.

Gürcüstan Prezidenti səmimi salamlarına görə AzərbaycanPrezidentinə minnətdarlığını bildirərək, onun da salamlarınıPrezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərinxüsusi rolu qeyd olunaraq, iki ölkənin qanunvericilik orqanlarıarasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhunauyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Spiker SahibəQafarova dünən iki ölkənin parlamentləri arasında imzalananəməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədinəlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamınıifadə edib.

Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıqməsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan RespublikasınınPrezidenti Mixail Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görəAzərbaycana öz minnətdarlığını bildirib.

Görüşdə, həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurluəməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq,Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həmölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadəedilib.

Söhbət zamanı, həmçinin regionda vəziyyət barədə də fikirmübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təminolunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Spiker
Spiker
Spiker
Spiker
Chosen
14
16
az.trend.az

10Sources