EN

"PAŞA Sığorta"dan şikayətlər səngimək bilmir - AMB açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin fevral ayında avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkətlərini açıqlayıb.

Valyuta.az AMB-yə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanda ən çox şikayət edilən şirkət 1.30 indeksi ilə"PAŞA Sığorta" olub. Sığorta şirkəti bu nəticə ilə növbəti dəfə qırmızı zolaqda yer alıb.

Ötən ay “Atəşgah Sığorta”dan şikayətlər artmağa başlayıb. Sığorta şirkəti şikayətlərinin həcminə (1,15 indeksi ilə) görə 2-ci pilləyə yüksəlib.

"Xalq Sığorta" bir pillə geriləsə də, 1.02 indeksi ilə yenə də sarı zolaqda qərarlaşıb. Avtomobillərin icbari sığortası üzrə digər 4 sığorta şirkəti yaşıl zolaqda yer alıb, yəni şikayətlərin sayı yüksək olmayıb.

Chosen
23
valyuta.az

1Sources