EN

Qarayazı qoruğunda yanğın başlayıb

Qarayazı qoruğunda yanğın başlayıb

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Operativ Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Chosen
15
28
operativmedia.az

10Sources