Millimizin baş məşqçisi Fernando Santuşun mətbuat konfransı keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilir.
Mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.
Mətbuat konfransı martın 13-də, saat 11.00-da AFFA-nın inzibati binasında başlanacaq.