“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“PSJ dünyanın ən zəngin klubudur. Luis Enrike yaxşı komanda formalaşdırıb. Bütün gücümüzü verəcəyik. PSJ ilk oyunda məndə böyük təəssürat yaratdı”.
Matç saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Liverpul” qələbə qazanıb.