EN

Hava niyə dumanlıdır?

Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, inversiya dumanının yaranması əsasən temperaturun paylanmasından asılı olur. Normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir. İnversiya adlanan şəraitdə bu qayda pozulur və yuxarı qalxdıqca temperatur artır. Nəticədə az hərəkətli hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait olur.

Bildirilib ki, dumanlı hava şəraiti əsasən səhər və axşam saatlarında müşahidə olunur. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gün üstünlük təşkil edən zəif cənub-şərq hava axınları dumanın davamiyyətli olmasına şərait yaradır.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

 

Chosen
61
16
heftelik.az

10Sources