EN

Qubada həkim maşınla müəllimi VURDU

Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Quba Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Röya Sultanova idarə etdiyi “KİA” markalı minik avtomobili ilə şəhərin Ə.Nərimanov küçəsində yolu keçmək istəyən 1974-cü il təvəllüdlü piyada Şəlalə Ağayevanı vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son Yazılar:

Qeyd edək ki, Ş.Ağayeva Quba şəhərindəki məktəblərin birində fizika müəllimi işləyir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
9
viral.az

10Sources