EN

Şagirdləri daşıyan avtobus aşdı: Xəsarət alanlar var

ABŞ-nin Nyu-Cersi ştatının Montvale şəhərində məktəb avtobusunun aşması nəticəsində biri ağır olmaqla 15 nəfər xəsarət alıb.

"Cebheinfo.az" "CBS News"ə istinadən xəbər verir ki, yerli vaxtla saat 19:30 radələrində Nyu-Yorka doğru hərəkət edən məktəb avtobusu Montvalda qəzaya uğrayıb.

Ştat polisi qəza nəticəsində sürücü və biri ağır olmaqla 14 sərnişinin yaralandığını bildirib.

Hadisə yerinə sövq edilən ilk yardım qrupları aşmış avtobusun altında qalan sərnişini xilas edib.

Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Chosen
33
1
cebheinfo.az

2Sources