EN

Qubada həkim avtomobillə müəllimi VURDU

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, şəhərin Əliqulu Nərimanov küçəsində Röya Sultanovanın idarə etdiyi "Kia" markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzanı törədən Röya Sultanova Quba rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiridir.

Onun avtomobillə vurduğu qadın isə fizika müəllimidir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

Chosen
59
20
bizim.media

10Sources