EN

Ermənilərin Qarabağa köçürülməsinə dair rəsmi sənədlər mövcuddur - Vitse-spiker

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən erməniəsilli şəxslərin ifadələri geniş rezonans doğurub.

Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib ki,1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı. O deyib ki, sonradan həmin şəxslərin bir qismi Qarabağda qaldı, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçdü.

Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Musa Qasımlı bildirib ki, məhkəməsi gedən ermənilərin ideologiyaların inkar etmələri mənsub olduqları etnosun ikiüzlülüyünü göstərir:

“Azərbaycan ərazisində terrorçuluq, seperatçılıq və soyqırımı ilə məşğul olan, beynəlxalq cinayətlər törətmiş şəxslərin bəzilərinin bu gün Azərbaycan qanunları qarşısında cavab verməsi tarixi ədalətin təntənəsidir. Onlardan bir neçəsi məhkəmə zalında göz yaşı tökür, indiyə qədər çalışdıqları, uğrunda mübarizə apardıqları faşist ideologiyadan imtina edirlər. Onlardan da biri  Arkadi Qukasiyandır. Arkadi Qukasiyanın məhkəmədəki davranışları onun 1994-cü ilin mayında Bişkekdəki davranışlarından tamamilə fərqlənir”.

Vitse-spiker söyləyib ki, bu şəxsin ermənilərin öz istəkləri ilə çıxıb getmələrini söyləməsi məsələsi də təhlil olunmalıdır:

“Birincisi ermənilər nəinki Azərbayacan ərazisinə, bütövlükdə Cənubi Qafqaza gəlmədilər,aborgen deyillər, çarizm tərəfindən köçürülüblər. Onların köçürülməsinə dair rəsmi sənədlər mövcuddur. Heç bir erməni siyasətçisi və tarixçisi ondan boyun qaçıra bilməz. Arkadi Qukasiyan şəcərəsinə diqqət yetirsə, onların nə vaxt Azərbaycan torpağına gəlib yerləşdiyi məlum olar. Onları Azərbaycanla bağlayan heç bir şey yoxdur. Heç vaxt qurucu olmayıblar, həmişə dağıdıcı olublar. Dünənə qədər 120 min erməninin yaşadığı haqda uydurmalar söyləyirdilər, bu gün fərqli rəqəmlər deyirlər. Onların əvvəllər də söylədiklərinin heç bir əsası yoxdur. Amma bundan fərqli olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən təxminən 1 milyona yaxın azərbaycanlını məcburi köçün ediblər, onların evlərini-eşiklərini darmadağın ediblər. Bütöv yaşayış məntəqələrini yer üzündən siliblər. Dünyada belə bir vəhşiliyin tayı-bərabəri yoxdur, məscidləri, məzarlıqları dağıdıblar. Bu erməni vandalizmidir. İndi bunların quyruqları qapı arasında qaldığından özlərini yazıq kimi aparırlar. Bir şeyi qətiyyən unutmaq olmaz ki, Bakıda qanun qarşısında cavab verən ermənilər Azərbaycan dövlətinin qanunlarını pozanlardır, bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törətmiş şəxslərdir. Ermənilərin qəhrəmanları da məhz belə kimsələrdir. Diqqət edin, kimlərə heykəl qoyur, qəhrəmanlaşdırırlar-Qaragen Nijdeyə, Droya, Hamazaspa, Andranik və başqalarına. Bunların hamısı terrorçulardır. Bu gün Bakıda həbsdə olanlar günahsız insanların qatilləridir. Bu cinayətkarlar ən layiqli cəzalarını almalıdırlar ki, gələcəkdə terror, soyqırımı, günahsız insanları öldürməklə qatı cinayətlər törətmək istəyənlərə də bir dərs olsun.”.

Chosen
14
modern.az

1Sources