EN

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturlarıbayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyətgöstərəcək.

Bunu Trend-in sor]usuna cavab olaraq “AzərbaycanDəmir Yolları” QSC-dən bildirilib/

Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin vəsərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkətvasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadireydlər, yoxlamalar təşkil edilib.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərindəBakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdəBakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Beləki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdəolacaq.

Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edənsürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək.Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıyayola düşəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkətedəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə19:00-da yola düşəcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarıhəftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əksistiqamətdə hərəkət edir.

Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayınınartırılması nəzərdə tutulub. Belə ki, qatar hər gün saat 23:50-dəBakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək.Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında,həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təminedilir.

20-31 mart tarixlərində tarixlərində Abşeron dairəvi dəmiryolxətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğunfəaliyyət göstərəcək. Nazirlər Kabinetinin qərarına əsasən, iş vəistirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 1 apreltarixlərində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkətedəcək.

Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqəmərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etməküçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqiniyükləyə bilərsiniz.

Məqalədə:
Chosen
22
27
az.trend.az

10Sources