ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Moskvaya səfər etməyi planlaşdırır, lakin Rusiya lideri Vladimir Putinlə görüş hələlik təsdiqlənməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl Axios portalı Ağ Evdəki mənbələrə istinadən yazmışdı ki, Uitkoff Putinlə danışıqlar üçün martın 13-də Moskvaya uça bilər. Bununla belə, Kremlin sözçüsü Dmitri Peskov ABŞ xüsusi nümayəndəsinin Rusiyaya səfərinin tarixinin hələ müəyyən edilmədiyini bildirib.