EN

ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb - FOTO - YENİLƏNİB-1

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb.

APA xəbər verir ki, fasilədən sonra ABŞ və Ukrayna arasında danışıqların ikinci raundu keçirilir.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Ukrayna tərəfi ilə danışıqlarda irəlilədiklərini bildirib.

***

17:26

Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqlarının birinci raundu başa çatıb.

APA xəbər verir ki, bu barədə "Al-Arabiya" məlumat yayıb.

***

12:59

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

APA xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edir.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edir.

Chosen
44
4
apa.az

5Sources