EN

İspaniya nəhənginin radarında

“Barselona” heyətini gücləndirmək variantlarını araşdırır.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubunun diqqətini çəkən ad “Leypsiq”in hücumçusu Benjamin Seşko olub.

Şeşkonun qol vurma qabiliyyəti və çox yönlü olması onu “Barselona” üçün cəlbedici namizəd edir. 21 yaşlı oyunçu digər klubların, xüsusən də “Arsenal”ın marağına səbəb olduğu üçün Kataloniya komandası da rəqabətlə üzləşəcək.

“Transfermarkt” portalının ekspertləri forvardın transfer qiymətini 50 milyon avro qiymətləndirib.

Sloveniyalı futbolçu cari mövsümündə 35 matçda 17 qol vurub.

Chosen
49
futbolpress.az

1Sources