Gözlənildiyi kimi, Liam Roberts ağır cəzadan qaça bilməyib.
İngiltərə kubokunun 1/8 finalının “Kristal Pelas”la oyununda (1:3) rəqib futbolçusu Jan-Filipp Matetanın başına təpiklə vuran “Milluoll”un qapıçısının cəzası açıqlanıb. İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, Liam 6 oyunluğa diskvalifikasiya edilib.
Xatırladaq ki, onun zərbəsindən sonra Mateta xəstəxanaya aparılmış və hücumçunun başına 25 tikiş qoyulmuşdu.