EN

Yamal bu rekordu təkrarladı

"Barselona"nın cinah oyunçusu Lamin Yamal Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" ilə cavab oyununa çıxıb.

90deqiqe.Az-ın "Squawka"ya istinadən verdiyi xəbərə görə, ispaniyalı futbolçu üçün bu, ən nüfuzlu avrokubokların pley-off mərhələsində altıncı dəfə meydançaya çıxmasıdır. Beləliklə, o, 18 yaşınadək futbolçular arasında rekordunu təkrarlayıb. Bu günə qədər yeganə rekordçu Julian Draxler idi.

Çox güman ki, “mavi qranatlar” 1/4 finala yüksəlsə, Yamal reytinqdə Almaniya millisinin oyunçusunu ötəcək. Lamin Yamalın hal-hazırda 17 yaşı var.

O, iyulda 18 yaşını qeyd edəcək. "Barselona" - "Benfika" matçında hazırda ikinci hissə oynanılır. İlk oyunda katalonlar Lissabonda qalib gəlib (1:0).

Chosen
30
90deqiqe.az

1Sources