Futzal üzrə Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Vitali Borisovun yetirmələri 5-ci qrupda 4-cü matçını Afinada keçirib.
Komandamız yerli Yunanıstan yığması ilə qarşılaşıb. 2 top fərqi ilə geri düşən futzalçılarımız Kənan Manafovun dublu sayəsində hesabı bərabərləşdirib. Lakin qarşılaşmanın sonuna 4 saniyə qalmış yunanlar qələbə qolunu vurmağa müvəffəq olublar.
Beləliklə, 2:3 hesabı ilə uduzan millimiz aktivindəki 2 xalla 3-cü pillədə qalıb. Yığmamız növbəti oyununu aprelin 11-də Helsinborqda İsveçə qarşı keçirəcək.