EN

Millimizin baş məşqçisi: “Rəqibi bütün göstəricilərdə üstələdik”

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik”.

Msport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

O, Avropa çempionatının əsas mərhələsində Yunanıstanla keçirilən səfər matçını dəyərləndirib. Borisov məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar ki, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.

Qeyd edək ki, Afinada baş tutan matçın sonuna 4 saniyə qalmış qol buraxan millimiz 2:3 hesabı ilə məğlub olub.

Chosen
42
3
msport.az

9Sources