Rusiya rəhbərliyi Ukraynada atəşkəs rejiminin tətbiqi təklifi ilə razılaşa bilər, lakin əvvəlcə Qərb dövlətləri münaqişə zonasına silah tədarükünü dayandırmalı olacaqlar.
"Unikal" xəbər verir ki,bunu rusiyalı politoloq Sergey Markov yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu koalisiyanın bütün iştirakçıları Rusiya Federasiyası ilə müharibə vəziyyətindədirlər. "Bu baxımdan onların atəşkəs sazişinə qoşulması məntiqli və dürüst addım olardı", deyə Markov bildirib.
Martın 11-də Kiyev Vaşinqtonun münaqişə zonasında 30 gün müddətinə atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanı ilə danışıqlardan sonra Ukrayna və Amerika tərəfləri ABŞ-nin bu məlumatı Rusiya Federasiyasına çatdırmağı planlaşdırdığı birgə bəyanat yayıb.
Gülayə Mecid
Mənbə: unikal.az