Bakı. Trend:
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi iləməşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov vəF.Ağayev müəyyən olunaraq saxlanılıblar.
Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə olanmarixuana aşkar edilərək götürülüb.