EN

Peter Mixalko: Avropa İttifaqı Azərbaycanın aparıcı ticarət tərəfdaşı olaraq qalır

Avropa İttifaqı (Aİ) Azərbaycanın aparıcı ticarət tərəfdaşı olaraq qalır.

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədəki paylaşımında qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazardır:

"2024-cü ildə Azərbaycanın ixracının 63,3 faizi bu quruma üzv dövlətlərin payına düşür. Ümumilikdə Avropa İttifaqı Azərbaycanın xarici ticarətində 41 faizdən çox paya malikdir".

Chosen
11
3
report.az

4Sources