EN

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini dövlət vəsaitlərinin israfı işi üzrə təqsirli bilib və onu doqquz il müddətinə azadlıqdan məhrum edib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Hökmü hakim Badri Koçlamazashvili elan edib. 

Məhkəmənin qərarına əsasən, Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib. Lakin o, cəmi 3 min lari (min dollardan çox) məbləğində cərimə ilə cəzalandırılıb.

Teymur Məmmədov

Chosen
21
news24.az

1Sources