EN

"Mahir derbiyə hazırlaşır" - Kloze

style='margin-bottom:10px;'>

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıb.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, o, 27 yaşlı hücumçunun "Qreuter"lə qarşıdakı derbi oyununa hazırlaşdığını deyib. Mütəxəssis Mahirə məhz bu səbəbdən “Preussen”lə son görüşdə (1:0) istirahət verdiyini bildirib: 

"Uzun söhbətdən sonra Mahirlə birlikdə belə qərar qəbul etdim. Mən matçlar zamanı meydanda gücünün 100 faizini ortaya qoymağının tərəfdarıyam. "Qreuter"lə görüş də belə oyunlardan biri olacaq. Ona görə də Mahir artıq derbiyə hazırlaşıb. Biz indi Mahirin məşqlərdəki performansını da izləməliyik. Amma mən optimistəm”.

Qeyd edək ki, Mahir Emreli komandasının son 7 oyunundan 5-də meydana çıxmayıb. O, bu görüşlərdən 3-də isə ümumiyyətlə, iştirak ərizəsində yer almayıb. 

Əlavə edək i, martın 16-da keçiriləcək "Nürnberq" - "Qreuter" oyunu Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Chosen
56
teleqraf.com

1Sources