EN

Rusiya ilə atəşkəsə razıyıq – Zelenski

ABŞ və Ukrayna arasında razılaşdırılmış 30 günlük mümkün atəşkəs Rusiya bu ideya ilə razılaşdıqdan sonra başlayacaq.

Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski çıxışında deyib.

“Yəni, biz razıyıq və ruslar razılaşarsa, o an sükut hökm sürəcək”, – prezident əlavə edib.

O qeyd edib ki, ABŞ Rusiyanı atəşkəslə razılaşmağa inandırmalıdır. Zelenski xatırladıb ki, Kiyev əvvəlcə “hava-dəniz atəşkəsi”, yəni raket zərbələrindən, bombalardan, uzaq mənzilli pilotsuz təyyarələrdən və dənizdəki əməliyyatlardan imtina etməyi təklif edəcək.

Lakin danışıqlar zamanı ABŞ “dərhal ilk addımı atmağı və təkcə raketlər, pilotsuz təyyarələr və bombalar baxımından deyil, təkcə Qara dənizdə deyil, bütün cəbhə xətti boyunca 30 günlük atəşkəs yaratmağa çalışmağı” təklif etdi.

Chosen
12
veteninfo.az

1Sources