EN

Tramp Maskdan avtomobil aldı: “Sürmək üçün icazəm yoxdur”

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maska dəstək məqsədilə "Tesla" avtomobili alıb.

Publika.az xəbər verir ki, daha sonra Mask ilə kameralar qarşısına keçən Tramp Ağ Evin bağçasına gətirilən avtomobilə minərək kameralara poza verib.

Tramp normalda özünün avtomobil sürmədiyini söyləyib:

“Maşını aldım, çünki birincisi, əla məhsuldur. İkincisi, İlon enerjisini və həyatını buna həsr etmiş bir adamdır və məncə, ona qarşı haqsızlıq edilib. Pis xəbər odur ki, uzun müddət maşın idarə etmədiyim üçün onu sürməyimə icazə verilmir. Avtomobil sürməyi sevirəm, yalnız Ağ Evdə onu idarə edəcəyəm və əməkdaşlarıma da sürməyə icazə verəcəm. Onu başqa yerdə idarə etməyə icazəm yoxdur", - Tramp deyib.

Chosen
11
1
publika.az

2Sources