EN

Almaniyadan Ciddə danışıqlarına reaksiya: mühüm dönüş nöqtəsidir

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrini dəyərləndirib.

Publika.az xəbər verir ki, o, Ciddədəki ABŞ-Ukrayna danışıqlarının sülhə gedən yolda dönüş nöqtəsi ola biləcəyini və Almaniyanın bu yolda Ukraynanı dəstəklədiyini bildirib.

“Ukrayna ilə ABŞ arasında danışıqların nəticəsi Ukraynanın davamlı sülh və təhlükəsizlik axtarışında mühüm dönüş nöqtəsi ola bilər. Tərəfdaşlarımızla birlikdə Almaniya bu yolda Ukrayna xalqını daha da dəstəkləyəcək”, - nazir sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, döyüşləri dayandırıb-dayandırmamaq Rusiyadan asılıdır.

Chosen
20
publika.az

1Sources