EN

Azərbaycan millisinin oyunları türkiyəli və gürcüstanlı hakimlərə tapşırıldı

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Fanat.Az xÉ™bÉ™r verir ki, Mehdi HüseynzadÉ™ adına Sumqayıt ÅŸÉ™hÉ™r stadionunda Haiti ilÉ™ baÅŸ tutacaq görüşü TürkiyÉ™dÉ™n, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaÅŸmanı isÉ™ Gürüstandan olan baÅŸ hakim idarÉ™ edÉ™cÉ™k.

Hər iki matç saat 21:45-də başlayacaq.
 
22 mart
Azərbaycan - Haiti

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)
 
25 mart
Azərbaycan - Belarus

“Bank Respublika Arena”. Saat 21:45
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

Chosen
14
28
fanat.az

10Sources