EN

"Novruz" bayramında Azərbaycan otellərində qiymətlər (SİYAHI)

Novruz bayramı yaxınlaşdıqca, otellər və istirahət mərkəzləri bayram günlərində turist axınını nəzərə alaraq xüsusi təkliflər və qiymət paketləri elan ediblər.

Valyuta.az Novruz bayramı üçün otellərin təqdim etdiyi qiymətləri və təklifləri təqdim edir:

Gabala Garden Hotel

1-16 mart – 133 manat17-19 mart – 170 manat20-29 mart – 193 manat

Qiymətə qapalı hovuz, səhər yeməyi (açıq bufet), hər gün canlı musiqi, Türk hamamı, buxar hamamı, sauna, idman zalı, uşaq baxçası və digər xidmətlər daxildir.

*Shamakhi Palace Sharadil

20 mart (2 nəfər, səhər yeməyi daxil) – 300 manat21-23 mart (3 dəfə qidalanma daxil) – 370 manat24-30 mart (səhər yeməyi daxil) – 280 manat

Qeyd edək ki, 15 mart tarixinədək yalnız sayt üzərindən edilən 24-31 mart tarixli rezervasiyalar üçün 15% endirim tətbiq ediləcəkdir.

Lankaran Springs Resort

20 mart (3 dəfə qidalanma daxil) – 340 manat21 mart (3 dəfə qidalanma daxil) – 500 manat22-23 mart (3 dəfə qidalanma daxil) – 400 manat24-30 mart (səhər yeməyi daxil, minimal qiymət) – 280 manat

Canlı musiqi proqramı ilə yanaşı, 21 mart tarixində hotel qonaqları üçün terrassda bayram festivalı keçiriləcək.

Qalaaltı Hotel & Spa

20-21 martƏsas bina, 3 dəfə qidalanma – 439 manatTree House, 3 dəfə qidalanma – 399 manat

22-23 martƏsas bina: 2 dəfə qidalanma – 359 manat, 3 dəfə qidalanma – 399 manatTree House: 2 dəfə qidalanma – 319 manat, 3 dəfə qidalanma – 359 manat

24-25 martƏsas bina: Səhər yeməyi – 230 manat, 2 dəfə qidalanma – 295 manat, 3 dəfə qidalanma – 325 manatTree House: Səhər yeməyi – 210 manat, 2 dəfə qidalanma – 275 manat, 3 dəfə qidalanma – 305 manat

Qiymətlərə hovuz, sauna, fitnes mərkəzi, masaüstü tennis, futbol, voleybol və basketbol meydançaları daxildir.

Basqal Resort & Spa (20-24 mart)

Standart otaq (2 nəfər) – 360 manatSuperior otaq (2 nəfər) – 380 manatDeluxe Suite otaq (2 nəfər) – 430 manatFamily Suite otaq (4 nəfər) – 780 manatKottec (5 nəfər) – 970 manat

Qiymətə səhər yeməyi (açıq bufet), şam yeməyi (açıq bufet) və müəyyən SPA xidmətləri (qapalı hovuz, sauna, buxar otağı, türk hamamı (qadınlar üçün), fitnes zalı), uşaq zonası, uşaq otağı daxildir.

Marxal Resort & Spa (20-24 mart)

2 nəfərlik Standard (eyvansız) otaq – 230 manat2 nəfərlik Standard (eyvanlı) otaq – 250 manat3 nəfərlik Standard Triple otaq – 280 manat2 nəfərlik Deluxe Suite otaq – 330 manat2 nəfərlik Corner Suite otaq – 350 manat4 nəfərlik Ambassador Suite otaq – 750 manat2 nəfərlik Couple Villa – 350 manat4 nəfərlik Standard Villa – 460 manat6 nəfərlik Medium Size Villa – 560 manat8 nəfərlik Big Size Villa – 660 manat

Qeyd edək ki, qiymətə səhər yeməyi və müəyyən SPA xidmətləri (hovuz, quru sauna, buxar otağı, türk hamamı, fitnes zalı) daxildir.

Shabran Wellbeing Resort (20-24 mart)

2 nəfərlik Superior otaq – 250 manat2 nəfərlik Deluxe Suite otaq – 310 manat4 nəfərlik Family Suite otaq – 510 manat2 nəfərlik Kottec – 320 manat

Qiymətə qapalı hovuz, səhər yeməyi (açıq bufet), uşaq zonası, uşaq otağı, əyləncə proqramı, sauna, buxar otağı və kardio otağı daxildir.

Sheki Palace Hotel

20-31 mart aralığında keçərli olan kampaniyada qiymətlər 140 manatdan başlayır.

Qiymətə səhər yeməyi (açıq bufet), hovuz, sauna, fitnes mərkəzi, Türk hamamı daxildir.

 

Chosen
20
3
milliyol.az

5Sources