EN

Kreml ABŞ-dan Ukrayna ilə danışıqlara dair ətraflı məlumat gözləyir

Kreml ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsdan bir gün əvvəl Ukrayna ilə aparılan danışıqların təfərrüatları barədə Rusiyaya məlumat verəcəyini gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Biz ondan irəli gəlirik ki, dünən Ciddədə deyildiyi kimi, ABŞ dövlət katibi Marko Rubio və köməkçisi Vals yaxın günlərdə müxtəlif kanallar vasitəsilə baş tutan danışıqların təfərrüatları və əldə olunan anlaşmalar barədə bizə məlumat verəcəklər”, – Kreml sözçüsü bildirib.

Chosen
13
nocomment.az

1Sources