EN

ABŞ Ukraynaya hərbi yardım göndərməyə yenidən başladı- ÖZƏL

ABŞ-ın Ukraynaya hərbi yardımı yenidən Polşa ərazisindən daşınmağa başlayıb. Yardım POLLOGHUB logistika mərkəzi vasitəsilə Polşanın Yasenka hava limanından Ukraynaya çatdırılır.

Olaylar.az xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski sosial şəbəkədə bununla bağlı paylaşım edərək, "POLLOGHUB logistika mərkəzindən ABŞ silahlarının Ukraynaya tədarükü yenidən başladı" - deyə bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə Varşavada görüşdən sonra ABŞ-ın Ukraynaya hərbi yardımını tam bərpa etdiyini təsdiqləyib.

Bundan əvvəl, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddə şəhərində danışıqlar aparıb. Görüşün nəticəsi olaraq Ukrayna tərəfi 30 günlük atəşkəs təklifini dəstəkləyib, ABŞ isə hərbi yardımın bərpası və kəşfiyyat məlumatlarının mübadiləsini davam etdirəcəyini bəyan edib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
olaylar.az

1Sources