Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in heyətinə daha bir məşhur qatılıb.
“Cebheinfo.az” xəbər verir ki, tanınmış aktrisa Nursel Köse də ekran işində çəkiləcək.
O, layihədə “Ayla”nın anası “Fikriye” obrazına həyat verəcək. Qeyd edək ki, Nursel Köse karyerası ərzində “Al Yazmalım”, “Paramparça”, “Avlu”, “Güvercin”, “Arıza”, “Üç Kuruş” və “Aldatmak” kimi iddialı seriallarda rol alıb.