EN

Arne Slot: “PSJ-yə qol vuracağımızı gözləyirdim, amma…”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 finalının evdə baş tutmuş PSJ ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qırmızılar” səfərdəki ilk oyunda qazandıqları üstünlüyü (1:0) əldən verərək (0:1) penaltilər silsiləsinə sürükləniblər və burada Fransa nəhəngi dəqiq olub – 4:1.

Arne Slot matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu, mənim nə vaxtsa iştirak etdiyim ən yaxşı oyun idi. İnanılmaz oyun, xüsusilə ötən həftə keçirilmiş oyunla müqayisədə. İlk 20-25 dəqiqə biz meydanın onlara aid hissəsində idik, məqam arxasınca məqam yaradırdıq, qəfildən isə biz 0:1 hesabı ilə məğlub olduq. Ola bilər ki, hər şey demək olar ki, əkinə idi, ola bilsin ki, bizim bəxtimiz gətirmədi, çünki bu axşamkı fərq az idi.

90 dəqiqədən sonra hiss etdik ki, məğlubiyyətdən daha artığına layiq idik. Mən, qol vuracağımızın intizarında idim, gözləyirdim. Biz mükəmməl oyun keçirdik, vurulmuş qollar istisna olmaqla, ötən həftə bu, PSJ ilə də baş vermişdi, hansı ki, onlar mükəmməl oyun keçirdilər, qol isə vura bilmədilər. Bu gün bu, bizim başımıza gəldi”, – BBC niderlandlı mütəxəssisdən sitat gətirir.

Acı məğlubiyyətə uğramış İngiltərə nəhəngi “Liverpul” ümidlərini növbəti mövsümə bağlamalı olub. Yarışın 1/4 finalına adlamış PSJ isə bu mərhələdə “Brügge” – “Aston Villa” cütünün qalibi ilə qarşılaşacaq.

Chosen
12
arena.az

1Sources