“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.
QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Potkatilov Qazacıstan millisinin dünya çempionatının seçmə mərhələsində Uels və Lixtenşteynlə matçları üçün komandaya çağırılıb.
32 yaşlı qapıçı yığmanın Antalyadakı təlim-məşq toplanışına martın 17-də qoşulacaq.
Qeyd edək ki, Qazaxıstan millisi Uelslə martın 22-də, Lixtenşteynlə isə martın 25-də qarşılaşacaq.