UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter” “Feyenoord”u səfərdə 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi.
Offsideplus.az xəbər verir ki, ilk oyunda 2:0 hesablı qələbə qazanan Milan təmsilçisi ümumi hesabda 4:1 üstün olaraq növbəti mərhələdə “Bavariya” ilə qarşılaşacaq.
Bu matç türkiyəli futbolçu Hakan Çalhanoğlu üçün də xüsusi əhəmiyyət kəsb etdi. 30 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində 10 və daha çox qol və məhsuldar ötürmə edən ilk türk futbolçu oldu. Bu uğurla Hakan türk futbol tarixinə adını bir daha yazdırdı.
Xatırladaq ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir və komandanın əsas liderlərindən biri hesab olunur. O, həmçinin ötən mövsüm “İnter”lə Çempionlar Liqasının finalına yüksəlmişdi.