EN

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı yeni hədəflər müəyyənləşdirir

Bakı. Trend:

Mərkəzi Bank cari ildə emissiya prospektlərindəki nöqsanlarınminimallaşdırılması üçün iki hədəf müəyyənləşdirib.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Bankın Kapital Bazarı FəaliyyətinəNəzarət Departamentinin Lisenziyalaşdırıma üzrə Qeydiyyat şöbəsininrəisi Asəf Məmmədov bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq"Caspian Investment Forum"unda deyib.

O, emissiya prospektinin tərtib edilməsinin mürəkkəb bir prosesolduğunu bildirib:

"Bununla bağlı biz daim emitentlərə lazımi dəstəyi göstərməyəçalışmışıq. Ötən il kapital bazarı üzrə rekord sayda - 65 emissiyaprospektini təsdiq etmişik. Biz bununla kifayətlənmirik. Cari ildəbu sahədə nöqsanların minimallaşdırılması üçün özümüzə iki hədəfmüəyyən etmişik.

Bunlardan biri ən çox rast gəlinən nöqsanlarla bağlı bazariştirakçılarına təqdimatın keçirilməsidir. Artıq bu üzrə müvafiqişlərə başlamışıq. Yaxın aylarda investisiya şirkətlərini və aktivemitentləri dəvət etməklə geniş tərkibdə təqdimatın keçirilməsiniplanlaşdırırıq.

İkinci planımız emissiya prospektləri ilə bağlı metodolojidəstək göstərilməsidir. Bununla bağlı da biz həm emissiyaprospekti, həm də bazar emissiya prospekti və baza informasiyamemorandumu üzrə sənədlərin, təqdimatın hazırlanmasını nəzərdətuturuq. Gələcəkdə biz süni intellekt texnologiyalarının da busahədə istifadəsi planlaşdırılır".

Şöbə rəisinin sözlərinə görə, şirkətlərinin rolu təkcəemitentlərin bazara çıxışına dəstək olmaqla məhdudlaşmamalıdır,onların effektiv fəaliyyəti daha keyfiyyətli prospektlərin ortayaçıxmasına və qeydiyyat prosesinin sürətlənməsinə böyük dəstək olabilər:

"Bununla bağlı olaraq onlar eyni zamanda emitentlərinqiymətləndirilməsi və onların bazara çıxışı, bazara hazır olmasıilə bağlı dəstək verməlidirlər. Biz son vaxtlar emitentlər vəanderraytinq həyata keçirən şirkətlər bəzən prospektləriayrı-ayrılıqda tərtib edirlər. Bununla bağlı bizə müraciətlər daxilolur. Belə olduqda nöqsanlar da daha çox olur".

"Ona görə də tövsiyə edirəm ki, emissiya etməkdə niyyəti olanemitentlərimiz və anderraytinq şirkətlərimiz birlikdə buprospektləri tərtib etsələr, nöqsanlar daha az olar. Çünki bəzənanderraytinqin şirkətləri tərəfindən qoyulan şərtlər emitentlərinplanlarına, strategiyalarına uyğun gəlmir.

Anderraytinq şirkətləri təktərəfli emitentlər hazırlayandabazarın son tendensiyalarından, qanunvericilik tələblərindən bəzənxəbərsiz olaraq şərtlər qoyurlar. Bu da biz tərəfdən nöqsan kimiqiymətləndirilir", - deyə o qeyd edib.

Chosen
24
az.trend.az

1Sources